TƏBİƏTİN ÖZÜ

Daşlı Bulaq suyu təbii daşlardan süzülərək gələn, təbiətdə nadir hallarda təsadüf olunan təbii filtrasiyalı mineral süfrə suyudur.

BRENDİN TARİXİ

“Daşlı Bulaq” təbii filtrasiyalı süfrə suyu “Daşlı Bulaq - A” MMC tərəfindən istehsal olunur. Müəssisənin qablaşdırdığı “Daşlı Bulaq” adlı təbii filtrasiyalı süfrə suyunun mənbəyi Azərbaycan Respublikasının Kiçik Qafqaz dağları ərazisinin Gədəbəy bölgəsində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağ zirvəsində yerləşir.

REKLAM ÇARXI

Hər kəsin bir hekayəsi var. Bizim hekayəmiz təbii mənbəyindən başlayaraq, sizin hekayələrlə qovuşmaq, onların bir parçası olmaq üçün yola çıxır. Təbiətdən ən zəngin və təbii halı ilə Daşlı Bulaqla uğurlu hekayələrə hazır olun!

MƏNBƏYİMİZ

“Daşlı Bulaq - A” MMC Azərbaycanda mineral su istehsalı sahəsində fəaliyyət göstərən yeni yaradılmış şirkətdir. Şirkət qabaqcıl texnologiyalarla təchiz edilmiş və hazırda mineral su istehsalı və topdan satışı ilə məşğul olur.